Tanınmış bəstəkar: “Müğənni ilə qiymət söhbəti etməyi xoşlamıram”
Bizi izləyin

Magazin1

Tanınmış bəstəkar: “Müğənni ilə qiymət söhbəti etməyi xoşlamıram”

Tanınmış bəstəkar Vüqar Camalzadə heç vaxt müğənnilərə qiymət oxumadığını deyib.

Publika.az-a bu barədə danışan bəstəkar onun üçün müğənninin səsi və ifasının əsas olduğunu bildirib:

“Mən müğənni ilə qiymət söhbəti eləməyi xoşlamıram. Bu o demək deyil ki, aşağı statuslu bəstəkaram. Yox, sadəcə olaraq, mən səsə və ifaya önəm verirəm. Mahnılarımı satdığım müğənnilərin 90 faizində həmin musiqilər tutub. Sonuncu dəfə Ayaz Qasımova mahnı vermişəm, onu da sponsor alaraq Ayaza hədiyyə edib”.

Mahnılarını 5-6 min manat dəyərində satdığını deyən Vüqar Camalzadə arzuladığı, amma hələ mahnı vermədiyi müğənnilərin də olduğunu deyib: “Elə sənətkarlar var ki, çox istəmişəm ki, mənim mahnılarımı ifa etsinlər. Amma hələ ki bu, mənə qismət olmayıb. Həmin müğənnilərdən biri xalq artisti Flora Kərimova, biri də İlhamə Quliyevadır. İlhamə xanımla bir neçə mahnını aranjeman etmişik, amma mahnımı oxumayıb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm