Magazin1
Xanımı Habil Əliyevin sirrini açdı: “Bu sevgiyə mane olmadım” - ÖZƏL
Dünən xalq artisti, ustad sənətkar Habil Əliyev 88-in kürəyini yerə vurub. Ay maşallah!
Doğum gününü ailə üzvlərinin əhatəsində qeyd edən sənətkar təəssüratlarını Publika.az-la bölüşüb: “Qızlarım, nəvələrim, əzizlərim yığışdılar, evdə mənə təmtəraqlı ad günü keçirdilər. Şəkidə qeyd edəcəkdik, amma Şərqiyyə imkan vermədi. Qorxdu ki, soyuqlayaram, səhhətim pisləşər. Ad günümü yüksək əhvali-ruhiyyə ilə qeyd etdim. Telefonlarımız da susmadı, zəng-zəng dalınca”.
Xalq artistinin doğum günündə aldığı hədiyyələrə gəlincə, sənətkar “bunu Şərqiyyədən soruşun” dedi.
Fürsəti fövtə vermədik, xanımından ustadla bağlı bəzi sirləri də öyrəndik.
Şərqiyyə xanım Habil Əliyevin sevdiyi hədiyyələri nəinki ildə-ayda bir dəfə, hər gün aldığını bildirdi: “Habil gülləri çox sevir, ölür çiçəklərdən ötrü. Dünyanın naz-nemətini, ən bahalı hədiyyələri al gətir, Habil üçün heç nədir. Amma onunku bir dənə güldür. Ev-eşik gül-çiçəklə doludur, hər kəs ona təzə-tər gül dəstələri göndərdi. Hətta özündən də hündür gül dəstələri bağlatdırmışdılar. Bunu heç kim bilmir, amma mən lap cavanlıqdan bilirəm ki, Habil gülləri çox sevir, buna görə də hər gün evə təzə güllər alıb qoyuruq. Habilin ad günü kamançasız keçmədi. Düzdür, kamançada ifa etmədi, amma onu dünyada məşhur edən alətini yanına qoydurdu. Mən bilirəm ki, Habil kamançanı canından çox istəyir”.
Şərqiyyə xanım, heç kamançanı Habil müəllimə qısqanmamısınız ki?
“Nə danışırsan ay qızım, bu, mümkün olan şey deyil. Mən özüm də onun sevdiyini ondan artıq sevmişəm. Bu sevgiyə mane olmadım. Çünki Habili Habil edən kamançası olub. Habil heç vaxt ona xəyanət etməyib”- deyən Şərqiyyə xanımın cavabı belə oldu.
Cəvahir Səlimqızı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ