Magazin1
Milli İncəsənət Muzeyi Tbilisi Dövlət Rəssamlıq Akademiyası ilə əməkdaşlıq edəcək
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub.
Muzeydən verilən məlumata görə, səfər çərçivəsində muzeyin direktoru professor Çingiz Fərzəliyev və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Georgi Ququşvili arasında 5 illik qarşılıqlı razılıq əsasında memorandum imzalanıb. Memorandumda maarif sahəsində akademik və mədəni mübadiləni inkişaf etdirmək, eyni zamanda mübadilə sərgiləri, birgə tədqiqat işlərinin aparılması, eksponatların atribusiyası kimi müddəalar öz əksini tapıb.
Bu əməkdaşlıq Azərbaycan Milli İncəsənət Muzeyinin iki ölkə arasında mədəni əlaqələrinin inkişafı və genişləndirilməsi istiqamətində ilk addımı deyil. 2014-ci ilin noyabrın 18-də Azərbaycan və Gürcüstanın Milli İncəsənət muzeyləri arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Mədəni əlaqələrin inkişafının nəticəsi olaraq son illərdə Azərbaycan Milli İncəsənət Muzeyində geniş tamaşaçı kütləsinin marağına səbəb olan Mamuka Tsetskhldzenin “Şəhərlər”, Tamara Kvisitadzenin fərdi, habelə “Xətt və boya”, “Sevgi ilə Gürcüstandan” adlı sərgilər keçirilib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ