Magazin1
Nəriman Həsənzadə: “Azərbaycan günəş kimi bütün Avropanı işıqlandırdı”
Xalq şairi Nəriman Həsənzadə Azərbaycanda keçirilən “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını bölüşüb.
Xalq şairi Publika.az-a açıqlama verərək, böyük tarixi hadisənin təsirindən hələ uzun müddət çıxmayacağını deyib:
“Bu elə bir tarixi hadisədir ki, əsrlər boyu unudulmayacaq. Cənab Prezidentimiz Avropaya bir daha sübut etdi ki, Azərbaycan çox şeyə qadirdir. Ulu öndərimiz deyirdi ki, Azərbaycan dünyaya bir günəş kimi doğacaq. Onun layiqli davamçısı İlham Əliyev bunu bütün dünyaya sübut etdi. Azərbaycan Günəş kimi bütün Avropanı işıqlandırdı. Cənab İlham Əliyev bir dəfə demişdi ki, mən hər bir azərbaycanlının prezidentiyəm. O, sözlə yox, əməllə, möhtəşəm işlə bütün dünyaya bunu sübut etdi. Azərbaycanımın adını dünyaya ucaltdı. Bir aydan artıqdır ki, bütün dünya Azərbaycandan danışır. Mən televiziya vasitəsi ilə prezidentin qalibləri mükafatlandırma mərasimini izlədim. İnanın ki, sevincdən, qürurdan gözlərim doldu. Fəxr elədim ki, mənim belə bir güclü dövlətim və bu dövlətin başında dayanan güclü dövlət başçımız var. Bütün Azərbaycan xalqı adından cənab Prezidentə və onun xanımı, Azərbaycan mədəniyyətinin hamisi Mehriban Əliyevaya dərin minnətdarlığımı ifadə edirəm. Allah onları qorusun!”
Cəvahir Səlimqızı
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...