Maykl Ceksonun həyatının son günləri seriala çəkilir
Bizi izləyin

Magazin2

Maykl Ceksonun həyatının son günləri seriala çəkilir

“Warner Brothers” film şirkəti dünyaşöhrətli əfsanəvi amerikalı müğənni Maykl Ceksonun həyatının son günlərindən bəhs edən teleserial çəkir.

Publika.az xəbər verir ki, filmin sseranisi Tevis Smaylın “Siz məni mühakimə etməzdən əvvəl: Maykl Ceksonun son günlərinin triumfu və faciəsi” kitabından götürüləcək. Layihənin prodüseri də T.Smayl özü olacaq.
Maykl Ceksonun rolunu canlandıracaq aktyor hələ ki, bəlli deyil. Şirkət son günədək əfsanəvi aktyorun rolunu canlandıran məşhurun adını sirr saxlayacağını bildirib.

Qeyd edək ki, Maykl Cekson 2009-cu ilin iyununda dünyasını dəyişib. Buna baxmayaraq, pop kralı ölümündən sonra da hər il 50 milyon dollar qazanc əldə edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm