Türkiyəli müğənnini çılpaq şəkilləri ilə hədələdilər
Bizi izləyin

Magazin2

Türkiyəli müğənnini çılpaq şəkilləri ilə hədələdilər

"Hayatı tespih yapmışım" mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Ferman Toprak çılpaq şəkillərinin yayılacağı ilə şantaj edilir.

Publika.az xəbər verir ki, müğənnini şantaj edən keçmiş sevgilisidir. Buna səbəb müğənninin keçmiş sevgilisindən ayrılıb, başqası ilə nişanlanması olub.

O, Fermanın çılpaq fotolarını mediyaya yayacağını bildirib. Qadın şəkillərin yayılmaması üçün müğənnidən 100 min dollar pul tələb edib.

İfaçı keçmiş sevgilisi tərəfindən şantaj edilməsi barədə polisə şikayət edib.

Prokurorluqda dindirilən Türkan etdiklərindən peşman olduğunu dilə gətirib:

"Fermanla, sadəcə, sevişmək üçün bir yerdə deyildik. Mən onu sevirdim, amma o, məni tərk etdi. Başqasıyla nişanlandığını eşidəndə dözə bilmədim, ona ziyan vurmaq istədim".

Müğənni məhkəmədən bağışlanılmasını istəyən keçmiş sevgilisinin xahişini rədd edib. Hazırda həmin qadını 5 ilə yaxın həbs cəzası gözləyir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm