Magazin2
Prezidentin kiçik qızı restoranda işə düzəldi - FOTOLAR
ABŞ-ın hazırkı prezidenti Barak Obamanın kiçik qızı yay üçün özünə iş tapıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 15 yaşlı Saşa Massaçusets ştatının Martas-Vinyard adasında balıq restoranlarından birinə xəzinədar kimi işə düzəlib. Jurnalistlər öyrənib ki, qız işə başlamazdan əvvəl təlim keçib.
O, müəssisənin aşağı mərtəbəsində işləyir. Restorana gələn şahidləri bildirib ki, onlar qıza 6 nəfərin kömək etdiyini görəndə təəccüblənib: “Biz qızın kimliyini öyrəndikdən sonra məsələnin nə yerdə olduğunu anladıq. Saşa işləyəndə altı nəfərlik mühafizə xidməti də restoranın girişində oturub növbə çəkir”.
İş yeri təsadüfən seçilməyib. Martas-Vinyard adasında balıq restoranı prezident ailəsinin daimi istirahət yeridir. Xarici KİV-in məlumatına görə, qız dörd saat işləyir, şənbə günləri istirahət götürür.
Prezidentin 18 yaşlı böyük qızı - Maliya İspaniyada ABŞ səfirliyində təcrübə keçir. Əvvəllər o, “HBO” və “CBS” çəkilişlərində assistent kimi çalışıb.
Aytən
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı