“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı
Bizi izləyin

Magazin2

“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı

“Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlandı

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb.

Publika.az İTV.az saytına istinadən xəbər verir ki, müsabiqənin biletlərinin qiymət 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.

Xatırladaq ki, “Eurovision 2017”nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı isə mayın 11-də keçiriləcək. Yarışmanın finalı mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək.

Builki yarışmaya 20 min qonağın qatılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm