Magazin2
Ağır xəstəlikdən əziyyət çəkən 55 yaşlı məşhur bu halda kamera qarşısına keçdi - FOTO

Sərt əzələ sindromu ilə mübarizə aparan Selin Dion Fransanın “Vogue” jurnalının yeni sayının üz qabığına çəkilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, görüntülərdə 55 yaşlı müğənni həcmli ağ köynək və şortda büstqaltersiz poza verib və jurnala verdiyi müsahibədə xəstəliklə mübarizəsindən danışıb. Ulduzun sözlərinə görə, o, hər gün xəstəliyini qəbul etməyə çalışır və daim onu "idarə etməyi" öyrənir.
"Yaxşıyam, amma hələ görüləsi çox iş var. Hər gün bir az qəbul etməyi öyrənirəm. Həftənin beş günü terapiyadayam. İndi onunla yaşamağı və özümü sorğulamamağı öyrənməliyəm. Xəstəliyə qalib gəlməmişəm, çünki o, hələ də içimdədir və həmişə də olacaq. Ümid edirəm ki, elmi araşdırmalar vasitəsilə onu müalicə etmək üçün möcüzəvi bir yol tapacağıq, amma hələlik onunla yaşamağı öyrənməliyəm.
Əvvəlcə özümə sual verdim: Niyə mən? Necə oldu? Mən nə etdim? Bu mənim günahımdır? Həyat sənə heç bir cavab vermir. Sadəcə bunun öhdəsindən gəlməlisən. Bunun üzərində işləməyə qərar verdim. Bütün bədənimlə və ruhumla, təpədən dırnağa qədər, özümü mümkün qədər yaxşı hiss etmək istəyirəm, məqsədim Eyfel qülləsini yenidən görməkdir", - ulduz bildirib.
O, nə vaxtsa səhnəyə qayıtması ilə bağlı suala belə cavab verib: "Mən bu suala cavab verə bilmərəm, çünki dörd il öz-özümə qayıtmayacağamı və bacara bilmədiyim gerçəyi etiraf etdim. Mövcud şərtlər altında davam edib bunu deyə bilmərəm ki, bəli, dörd aydan sonra. Bilmirəm... Bədənim mənə deyəcək".





-
Qoroskop00:55
Günün qoroskopu: maddi fürsətlər doğa bilər
-
Region25 Aprel 22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal25 Aprel 21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq25 Aprel 20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya25 Aprel 19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya25 Aprel 18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika25 Aprel 17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial25 Aprel 16:35
Əvəz Zeynallı azadlığa buraxıldı