Melaniya Tramp ilk dəfə Ağ evdə - FOTOLAR
Bizi izləyin

Magazin2

Melaniya Tramp ilk dəfə Ağ evdə - FOTOLAR

Melaniya Tramp ilk dəfə Ağ evdə

ABŞ-ın hazırkı prezidenti Donald Trampın andiçməsindən bir ay keçib, lakin onun xanımı Vaşinqtonda yerləşən Ağ evi yalnız dünən ilk dəfə rəsmi ziyarət edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın birinci xanımı xarici siyasətə dair bir sıra aktual məsələlərin həlli ilə əlaqədar İsraillə diplomatik görüş zamanı ərini müşayiət edib. Melaniya, Donald, baş nazir Benyamin Netanyahu və onun həyat yoldaşı Sara iki ölkənin qarşılıqlı münasibətləri və cari vəziyyətini müzakirə olunub. Müzakirələrdən sonra Tramp qonaqları qapalı şam yeməyinə dəvət edib.

Melaniya bütün gücü ilə birinci xanım rolunun öhdəsindən gəlməyə çalışsa da, yaxınları birinci xanımın xoşbəxt olmadığını bildirir. Xarici ölkələrin KİV-lərinə inansaq, keçmiş model birinci xanımı rolunda özünü bədbəxt hiss edir.

Mənbələrin sözlərinə görə, o, heç vaxt belə həyat arzulamayıb. Bu, onun ərinin arzusu idi. Birinci xanım rolunun öhdəsindən gəlmək Melaniya üçün asan deyil. Mənbələr onu da əlavə edirlər ki, son vaxtlar Melaniya evdən çıxmaq istəmir, hamının diqqətdən uzaq qaçmağa çalışır.

Bəzi mənbələr isə əksini iddia edir. Onların sözlərinə görə, missis Tramp hazırkı vəziyyətdən razıdır və hər zaman ərini dəstəkləməyə hazırdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm