Məşhur müğənninin cazibədar nəvəsi milyarderdən ayrıldı: İndi onunla eşq yaşayır
Bizi izləyin

Magazin2

Məşhur müğənninin cazibədar nəvəsi milyarderdən ayrıldı: İndi onunla eşq yaşayır

Məşhur müğənni Sofiya Rotarunun nəvəsi bir neçə ildir ki, ABŞ-da yaşayır. Nənəsinin adını daşıyan 23 yaşlı Sofiya Evdokimenko əvvəlcə doğma Kiyevdən Londona, oradan isə ABŞ-a köçüb. O, hazırda modelliklə məşğul olur.

Publika.az xəbər verir ki, bu yaxınlarda məlum olub ki, Sofiya Nyu-Yorkda yaşayan iş adamı Denis Jdanovla görüşür. 33 yaşlı İT maqnatı tanınmış şirkətdə marketinq üzrə vitse-prezidentdir və adı "Forbes" jurnalının milyarderləri siyahısındadır.

Bir müddət əvvəl Sofiyanın barmağındakı iri brilyantlı üzük onların nişanlanması ilə bağlı fərziyyələrə səbəb olub.

Lakin sonradan onların arasında münasibətlərin pozulduğu və ayrıldığı deyildi. Cütlüyün böyük yaş fərqinə görə ayrıldığı güman edilir. Belə ki, Denis Sofiyadan 13 yaş böyükdür.

Jurnalistlərin yazdığına görə, Sofiya milyarderdən ayrıldıqdan sonra özünə yeni sevgili tapıb. Belə ki, o, sosial şəbəkədəki səhifəsində yeni sevgilisi ilə fotosunu yayımlayıb və onu ad günü münasibətilə təbrik edib.

"Ad günün mübarək, sevgilim!", - deyə yazıb.

Fotodakı kişi üzünü tünd eynək arxasında gizlədib və onun adı çəkilmədiyi üçün Sofiyanın yeni sevgilisinin kimliyi naməlum olaraq qalıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm