Məşhur müğənni ilə aktrisa evləndi - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənni ilə aktrisa evləndi - FOTO

Müğənni Can Bonomo ilə aktrisa Öykü Karayel dünən rəsmi nikaha girib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 150 nəfərin qatıldığı mərasimdə Can Bonomonun nikah şahidləri meneceri Ece Çelebioğlu Yeşilbaş, prodüseri və yaxın dostu Can Saban, uşaqlıq dostu Cəm Cavez və dostu Fərhad Zamanpur olub. Öykü Karayelin nikah şahidliyini isə yaxın dostları Süveybe Arifoğlu və Milay Ezengin edib.

Aktrisa gecədə əkiz bacısı Ezgi Karayelin hazırladığı gəlinlik paltarını geyinib. Əkiz bacıların uşaqlıq illərində çəkdiyi rəsmlərin gəlinlik paltarının üzərində yer alması diqqətlərdən qaçmayıb. Öykü Karayelin gəlinlik paltarındakı detallar Ancelina Colinin gəlinlik paltarını xatırladıb.

2014-ci ildə dünya şöhrətli aktyor Bred Pitt ilə nikah masasına oturan Ancelina Coli də gəlinlik paltarında uşaqlarının rəsmlərinə yer vermişdi.

Xatırladaq ki, cütlük qonaqlara göndərdiyi dəvətnamələrində toyda çəkdikləri şəkilləri sosial şəbəkədə paylaşmamağı xahiş edib. Buna baxmayaraq, nikah şəkilləri instaqramda yayılıb.

Cütlüyün təmtəraqlı toyu iyulun 14-də baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm