
ABŞ-ın məşhur musiqiçisi Deyv Qrol Las Veqasdakı konsertində təhlükəli vəziyyətlə qarşılaşıb.
Publika.az xəbər verir ki, “Foo Fighters” qrupu ilə birgə konsert verən məşhur sənətçi səhnədən enib fanatları ilə söhbətləşib.
İsti söhbət əsnasında sevənləri onu pivəyə qonaq ediblər. Sonra nə qədər çalışsa da, o, səhnəyə qalxa bilməyib. Müvazinətini saxlaya bilməyən musiqiçi yerə yıxılıb.
Hazırda Qrolun durumu yaxşıdır. Xatırladaq ki, 4 il əvvəl İsveçdə verdiyi konnsert zamanı da yıxılıb ayağını qırmışdı.
Leyla Sarabi