Magazin2
Məşhur müğənni ATASINI MƏHKƏMƏYƏ VERDİ - FOTO
Rihanna öz biznesini qorumaq üçün məhkəməyə müraciət edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Savage Beauty Fenty” kosmetik marka və alt paltarı seriyasını uğurla davam etdirən 30 yaşlı müğənni atası Ronaldı məhkəməyə verib. Buna səbəb isə atasının “Fenty” adını kommersiya məqsədilə istifadə etməsi olub. Rihanna atasından ona dəyən zərərləri də ödəməyi tələb edib.
Mətbuata yer alan sənədlərdə deyilir ki, Ronald Fenty istedadların axtarışı üçün “Fenty Entertainment” şirkəti yaradıb. Ulduz iddia edir ki, atası bu şirkəti sadəcə şou-biznes nümayəndəsi kimi milyonlarla dollar əldə etmək üçün qurub. Bildirilir ki, müğənninin razılığı olmadan, 2017-ci ilin dekabrında Latın Amerikasında keçirilən şouların 15-də ona iştirak etmək tapşırılıb. Rihanna onu da iddia edir ki, atası “Fenty” ticarət markasını istifadə edərək hotellər şəbəkəsi ilə əməkdaşlıq etməyə çalışıb.
O inandırır ki, atasından “Fenty” ticarət markasını istifadə etməyi dayandırmağı və imtina etməyi tələb edib və ona bir neçə məktub göndərib. Ata isə qızının fikirlərinə məhəl qoymur və “Fenty Entertainment” adından pul qazanmağa davam edir.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO