Hamilə model tamamilə soyundu - FOTO
Bizi izləyin

Magazin2

Hamilə model tamamilə soyundu - FOTO

Dünya şöhrətli aktyor Vensan Kasselin 22 yaşlı model həyat yoldaşı Tina Kunaki çılpaq fotoları ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlük bu yaxınlarda uşaqlarını qucaqlarına almağa hazırlaşır. Lakin bu, onların aktiv həyat sürməsinə mane olmur. Tina Kunaki bu yaxınlarda fransız jurnalı “Madame Figaro” üçün kamera qarşısına keçib. Model jurnal üçün soyunaraq çılpaq halda poza verib. O, müsahibəsində həyatı haqqında açıqlama verib:

“Məni ruhlandıran qadın həmişə anam olub. O, həmişə sərbəst görünür, sanki evdən çıxmazdan əvvəl yaxşı görünmək üçün bir damcı da çalışmayıb, eyni zamanda həmişə işıq saçırdı. O, mənə bütün xüsusiyyətlərim və fərqli cəhətlərimlə özümü qəbul etməyi öyrətdi. Dəbdə olan trendlər hər mövsüm dəyişir, parametrlər çox az yaşayır, gənclik gəlib keçir, amma qadının özündən razı xoşbəxt təbəssümü həmişə qalır. Məgər bu, özünü sevmək və qiymətləndirməyə əsas deyil?”

Qeyd edək ki, 52 yaşlı aktyor Vensan Kassel aktrisa Monika Bellluççi ilə evli olub. Onların nikahından iki qızı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm