Magazin2
Ayrıldıqları deyilən məşhur cütlüyün yeni videosu yayıldı
Boşanacaqları deyilsə də, Meqan Markl və Şahzadə Harrinin internetdə yeni videosu yayılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sasseks hersoqları xeyriyyə təşəbbüsünü dəstəkləyib və həmtəsisçiləri olduqları ilk Məsul Texnologiya Gənclərə Dəstək Fondundan (RTYPF) qrant alan amerikalılarla görüşüblər. Cütlük proqramın istedadlı qalibləri ilə onlayn görüş təşkil edərək layihələrini müzakirə ediblər. Video Meqan və Harrinin Montesitodakı 14 milyon dollarlıq dəbdəbəli evlərinin yanındakı bağda çəkilib.
Cütlüyün "Archewell" Fondu RTYPT Fondunun təsisçilərindən biridir. Təşkilat “məsuliyyətli texnologiya hərəkatı”nda çalışan gənc istedadlara kömək etmək üçün yaradılıb.
Bu yaxınlarda Meqanla Harri həm də başqa bir sosial faydalı işin iştirakçıları olublar. Onlar Equimundo Kişilik və Sosial Ədalət Mərkəzinin gender ədalətsizliyi ilə bağlı yeni araşdırmasını dəstəkləyib və medianı "gender ikililiyi poza biləcək" material hazırlamağa çağırıblar.
Xatırladaq ki, "Spotify" Sasseks hersoqları ilə müqaviləni ləğv etdikdən sonra şirkətin nümayəndəsi onları "fırıldaqçılar" adlandırıb. Meqan podkast üçün müsahibəni saxtalaşdırmaqda, Harri isə qəribə və həyata keçirilməsi mümkün olmayan layihə ideyaları təklif etməkdə günahlandırılıb. Onların "Netflix" ilə əməkdaşlığı da sual altında idi, lakin bir şirkət sözçüsü onları birlikdə işləməyə davam edəcəklərini bildirib.
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?
-
Dünya12:05
Stoltenberqin sovet kəşfiyyatı ilə bağlı əlaqələri üzə çıxdı: Təxəllüsü "Steklov" olub
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır