Magazin2
Məşhur müğənninin Azərbaycan sevgisi: “Bakı məni çox təsirləndirdi” - VİDEO
Türkiyədə son zamanların populyar müğənnilərindən olan Cem Belevi “Haber Global” verilişində Azərbaycan sevgisindən danışıb.
Publika.az xəbər verir ki, “Haber Global” ekranlarında Nərmin Balayevanın təqdimatında yayımlanan “Poster Yeni ilə özəl” proqramında qonaq olan Belevi Azərbaycana sonuncu dəfə 5 il əvvəl getdiyini bildirib.
Müğənni paytaxt Bakıdan çox təsirləndiyini qeyd edib:
“Bakı çox fərqli idi. Küçələr məni xüsusilə heyran etdi. Hər yer tər-təmizdir. Bu, məni çox təsirləndirdi. Həmçinin şəhər izdihamlıdır. Lakin bu izdiham nizamlı şəkildədir. Bu da mənə təsir etdi”.
Belevi həmçinim azərbaycanlı bəstəkar Zülfi Bədəlovla həyata keçirdiyi layihələrdən də danışıb:
"Zülfi Bədəlovla tanış olduq. O, çox dəyərli musiqiçidir. Bizi yaxın dostum Yasin Şişman tanıtdı. O, mənə uyğun çox gözəl bir mahnı hazırlayıb. Biz hazırda o mahnını pop konseptində hazırlayırıq. “Zilova” adlı yunan bəstəsi də var. Zilova Yunanıstanda çox məşhur mahnıdır. Onun haqqında mahnı sözləri yazmışam. Hazırladığımız həmin mahnı da yazda yayımlanacaq”.
Roza
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Digər13:36Dini məktəbdə qalmaqal: Müəllim şagirdə təcavüz edirmiş - FOTO
-
MDB13:14Peskov: Putin əfv qərarı verərkən onun xəstəliyini və uşaqlarını nəzərə aldı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA

















.jpg)







.png)










