İşdən çıxarılan məşhur aparıcı səssizliyini pozdu
Bizi izləyin

Magazin2

İşdən çıxarılan məşhur aparıcı səssizliyini pozdu

Bir neçə gün əvvəl Dubayda “The Travels of Posner and Urgant” adlı birgə çıxışlarını elan edən İvan Urqant sosial şəbəkələrdə Vladimir Poznerlə yeni işindən danışıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə İsrailə köçən tanınmış aparıcı Dubayda onların çıxışlarına böyük maraq olduğunu bildirib.

“Hər kəs rusiyalı məşhurların Dubay qastrollarına kifayət qədər öyrəşib. İvan Urqant və Vladimir Pozner Rusiyanın müasir intellektual elitasını təmsil edir, ona görə də onların çıxışında iştirak etmək hər kəs üçün maraqlı olacaq. Bir çoxlarına maraqlıdır ki, bu cür mətnlərin yazılması ilə bizim əlaqəmiz varmı? Cavab verirəm, birbaşa. Tarix elə gətirdi ki, duetimizdə Pozner elitanı, mən isə Rusiyanı simvolizə edirəm", - aparıcı teleqram kanalında yazıb.

Urqant proqramda tənqidlərə cavab verəcəyini də deyib: "Ənənəyə uyğun olaraq müsahibələrlə başlayacağıq. Sonra sevimli hissəmiz başlayacaq - danoslara (donos - cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış) cavab vermək", - o əlavə edib.

Qeyd edək ki, Urqant və Poznerin müvafiq olaraq fevralın 23 və 25-də Kiprdə və Dubayda baş tutmalı olan konsertləri payıza təxirə salınmışdı. Konsertlərin təxirə salınmasından danışan Urqant zarafatla onu da bildirib ki, bunun səbəbləri əsaslıdır və bu, “yuxarı güclərin” sifarişi deyil, şəxsi problemlərlə bağlıdır: "Bunların düşmən hiyləsi olduğunu iddia edənlərə inanmayın".

Xatırladaq ki, "Вечерний Ургант" şousu 2022-ci ilin fevral ayının sonunda yayımını dayandırıb. Bundan sonra Urqant da dövlət televiziyasından çıxdığını elan etdi. Çoxları bunu Rusiyanın Ukraynaya hücumuna qarşı çıxan İvanın siyasi mövqeyi ilə əlaqələndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm