Məşhur aktrisadan etiraf: "Öpüşmə səhnəsinə..."
Bizi izləyin

Magazin2

Məşhur aktrisadan etiraf: "Öpüşmə səhnəsinə..."

Türkiyənin məşhur aktrisası, aparıcı Demet Akbağ qonaq olduğu verilişlərin birində heç vaxt öpüşmə səhnəsinə çəkilmədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, verilişdə səmimi açıqlamaları ilə diqqət çəkən 64 yaşlı aktrisa, aparıcının "Niyə heç bir layihədə öpüşmədin?" sualına belə cavab verib:

“Öpdüm, amma məsum bir öpüş idi. Raqıp Savaşla "Sen Harikasın" serialını çəkirdik. Ara-sıra öpüşmək olurdu. Bu sual mənim amerikalı həmkarlarıma verilməlidir. Onlarda da belədir, şükür Allaha. Məncə bu yaşda qəbul olunmur. Karyeram boyu həmişə xarakterik rolları canlandırmışam. Ona görə də öpüşməli rollar almadım”.

Qeyd edək ki, həyat yoldaşı Zafer Çikanı yol qəzasında itirən Demet Akbağ, ərinin vəfatından sonra ekranlardan və səhnələrdən bir müddət uzaqlaşmışdı.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm