Məşhurlardan Rəfahdakı qırğına reaksiya: “Yalvarıram, insan olun”
Bizi izləyin

Magazin2

Məşhurlardan Rəfahdakı qırğına reaksiya: “Yalvarıram, insan olun”

İsrailin Rəfahdakı Fələstin mülki düşərgəsinə döyüş təyyarələri ilə hücumuna sənət dünyası səssiz qalmayıb.

Publika.az xəbər verir ki, yeddi aydır davam edən vəhşiliyə reaksiya verən sənətçilər postları ilə Fələstin xalqına dəstək olublar.

Aktyor və komediya ustası Doğu Dəmirkol sosial media hesabında bu yay açıq havada nümayiş etdirdiyi bütün şouların gəlirlərini Fələstinə bağışlayacağını açıqlayıb.

İlk gündən Fələstinə dəstəyini davam etdirən televiziya və kino aktyoru Hakan Boyav Rəfəhdəki qırğından sonra sosial media hesabından "Növbə bizə çatana qədər susmağa davam edəcəyikmi?" sualını verib.

Sənətçi Haluk Levent də paylaşımında “İsrail dünyanın gözü qarşısında Refahı məhv etməyə başladı. Rafahdakı köçkünlər çadırlarda qalırdılar. İsrail həmin çadırlara hücum etdi. 45 uşaq ölüb. Hitlerdən nə fərqiniz var? Lənətə gələsiz!” deyə qeyd edib.

Murat Kekilli, rəsmi "X" hesabında belə bir paylaşım edib: “İsrail indi günahsız mülki insanları yandırmağa başladı! Allah İsrailə lənət eləsin!”

Məşhur aktyor Ediz Hun da "İnsanlığın bitdiyi nöqtədəyik" sözlərini yazıb.

Müğənni Hadisə isə kədərini belə ifadə edib: “Bunun dayanması üçün daha nə qədər uşaq, ana, ailə öldürülməlidir? Hər gün bu dəhşətli reallığa oyandığımıza inana bilmirəm”.

Müğənni Göksel də İsrailin vəhşiliyinə reaksiya verib və belə bir paylaşım edib:

“Qəzzada çadırlara belə bombalar düşür. Bu çağda bu dəhşət, bu vəhşilik. Rəqəmsallaşma, sivilizasiya, süni intellekt və s. sayəsində yeni insan daha çirkin və daha küt emosiyalara malikdir”.

Amerikalı müğənni, söz yazarı və rəqqasə Kehlani də “İnstagram” hesabında İsrailin köçkünlər üçün düşərgədə 45 fələstinlini öldürməsindən sonra təxminən 16 milyon insanın izlədiyi Fələstini dəstəkləyən güclü mesaj paylaşıb.

Sənətçi İsrailin Rəfah hücumundan sonrakı video paylaşımında bölgədəki şiddət hadisələrinin davamlı şahidi olduğu üçün musiqiyə fokuslanmaqda çətinlik çəkdiyini açıqlayıb:

“Bu qədər vəhşiliklərdən sonra körpələrin başlarının kəsilməsinə və ya insanların diri-diri yandırılmasına xətt çəkmirsinizmi? Bu məqamda düstur, strategiya, alqoritm hazırlamaqdansa, insan olmağınızı xahiş edirəm, yalvarıram, insan olun.”

Müğənninin pərəstişkarları tərəfindən bu çağırışa on minlərlə münasibət bildirilib və İsrailin vəhşiliyini pisləyiblər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm