Dünya  ulduzu olacaqdı, pulu seçdi
Bizi izləyin

Magazin2

Dünya  ulduzu olacaqdı, pulu seçdi

Türkiyəli məşhur təşkilatçı və menecer Ahmet San Ahmet türk sənətçilərinin niyə dünya ulduzu ola bilmədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, iştirak etdiyi verilişlərdən birində təşkilatçı bunun səbəbini Ajda Pekkanı nümunə göstərməklə izah edib:

“İnsanı zorla harasa itələmək olmaz. Əgər o, dünyanı öz içində yaşada bilmirsə, israr etməyə ehtiyac yoxdur. Mort Şuman adlı amerikalı Ajda Pekkana aşiq olub və ona mükəmməl bir iş vermişdi.

1970-ci illərdə hər yerdə Ajda Pekkanın mahnısı səslənirdi. Ajda o dövrdə Fransada dövrün ən böyük sənətçiləri ilə çıxış edirdi. Ajda Avropa ulduzu olmağa hazırlaşarkən, 6 aylıq işin ödənişini Bebek Belediye kazinosundan əvvəlcədən aldığı üçün Fransa səhnəsini tərk etdi”.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm