Məşhur aparıcının qızı silikonları ilə gündəmdə - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aparıcının qızı silikonları ilə gündəmdə - FOTO

Məşhur iş adamı və aparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı Zeynep Yılmaz qızı Yasemin Ilıcalının ad gününü sosial şəbəkədəki paylaşımı ilə təbrik edib.

Publika.az xəbər verir ki, Ilıcalının üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun xarici görünüşü geniş müzakirələrə səbəb olub.

Zeynep Yılmaz qızının doğum gününü sosial media hesabında bu sözlərlə qeyd edib: "Gözəl qızım, sən həyatın mənə verdiyi ən gözəl hədiyyələrdən birisən. Səni o qədər sevirəm ki, ana olanda bunu daha yaxşı başa düşəcəksən. Ad günün mübarək, şahzadəm... Üzün həmişə gülsün, heç kim heç vaxt kədərləndirməsin".

Yazının altına çoxlu təbrik şərhləri gəlsə də, Ilıcalının son görünüşünü tənqid edənlər də olub. Bəzi izləyicilər Yasemin Ilıcalının üzündəki dəyişikliklə bağlı "Niyə bu yaşda silikon, dəyişikliyə erkən başladı" kimi şərhlər yazıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm