Adları seks qalmaqalına qarışan məşhurlar - SİYAHI/FOTO
Bizi izləyin

Magazin2

Adları seks qalmaqalına qarışan məşhurlar - SİYAHI/FOTO

Bir çox dünyaca məşhur ulduzların adları seks görüntüləri ilə bağlı xəbərlərdə hallanır. Hətta onlardan bəziləri bu görüntülərlə şantaj olunurlar.

Publika.az həmin məşhurları təqdim edir.

Şakira

Kolumbiyalı müğənni Şakira seks görüntüləri üzə çıxan məşhurlar arasındadır. Belə ki, onun sevgilisi Antonio de la Rua və ispan müğənni Alejandro Sanz ilə yaxtada üçlü cinsi əlaqədə olduğu video çəkilişi yayılmışdı. Görüntüləri onun iki keçmiş işçisi taparaq Sanzı şantaj etməyə başlayıblar. Lakin Sanz tələb olunan pulu ödəmək əvəzinə qarşı tərəfi məhkəməyə verdikdə lentin varlığı sübuta yetirilib.

Kim Kardaşyan

ABŞ-ın məşhur realiti-şou ulduzu, erməni əsilli Kim Kardaşyan və sevgilisi Rey Ceyin də seks görüntüləri internetdə yayılıb. Bu görüntüləri bilərəkdən və istəyərək çəkdiklərini etiraf edən ikilinin köhnə kasetlərinin bəzi hissələrini qayçılayaraq yenidən gündəm yaratmağa çalışdıqları iddia edilib.

Cennifer Lopez

Lopezin keçmiş əri Ojani Nua bal ayı zamanı çəkilmiş 11 saatlıq yataq otağı görüntülərini yayımlayıb. O, 1997-ci ildə başlayan və təxminən bir il davam edən əlaqələri zamanı lentə aldığı yataq görüntülərini ifşa edib. Lopezin vəkilləri Los-Anceles məhkəməsinin yayıma qadağa qoymasını tez bir zamanda təmin ediblər.

Madonna

Bir kameraman dünyaca məşhur ulduz Madonna və beysbolçu Aleks Rodrigezin gizlin çəkilmiş görüntüləri olduğunu iddia etdiyi kaseti 2 milyon 500 min dollara satmağa çalışıb. O, Madonnanın vəkillərinin də bu kasetdən xəbərdar olduğunu bildirib. Madonna isə o vaxtkı əri Qay Riçiyə heç vaxt xəyanət etmədiyini, Rodrigeslə heç bir münasibətinin olmadığını deyib.

Tamer Karadağlı

Türk aktyor Tamer Karadağlı da otel otağında birlikdə olduğu gənc qadının tələsinə düşüb. Burcu Mercan adlı qadın onu yataq səhnələrini lentə aldığı görüntülərlə şantaj edərək 150 min dollar istəyib. Karadağlı hadisəni təsdiqləyərək “Kaş belə şeylər olmayaydı”, - deyə bildirib.

Beyons

İddiaya görə, onun Las-Veqasda oteldə sevgilisi Cey Zi ilə olan sevişmə görüntüləri otel işçiləri tərəfindən otaqlarına yerləşdirilən kamera ilə lentə alınıb. Cütlüyü şantaj edən otel işçisi külli miqdarda pul alaraq kaseti cütlüyə təhvil verib.

Səddam Hüseyn

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Birləşmiş Ştatların İraqı işğal etməzdən əvvəl MKİ-nin İraq prezidenti Səddam Hüseynin gənclərlə cinsi əlaqədə olduğunu göstərən saxta lent hazırlayıb dərc etməyi planlaşdırdığını iddia edib. Onlar Səddama bənzər şəxsin olduğu görüntülərlə onun reputasiyasına zərər verməyə çalışıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm