Magazin2
Məşhur aktrisa bu ölkənin prezidentinin oğlu ilə eşq yaşayır - FOTO

Tanınmış aktrisa Ana de Armas Kuba prezidentinin oğlu ilə eşq yaşayır.
Publika.az Milli.Az-a istinadla xəbər verir ki, aktrisa Ana de Armas keçən həftə Madriddə Kubanın Prezidenti Migel Dias-Kanelin ögey oğlu Manuel Anido Cuesta ilə birlikdə görüntülənib. Cütlük romantik anlarla dolu bir axşam yeməyindən sonra gəzinti zamanı səmimi anlar yaşayıb, Cuesta aktrisanı öpərkən obyektivlərə tuş gəlib.
36 yaşlı Ana de Armas bu görüş zamanı ağ yun palto, tünd cins şalvar və qara çəkmələr geyinib. Hələ ki, onların necə tanış olduğu bilinmir. Lakin "Latın Times" nəşrinin məlumatına görə, kubalı influenser artıq may ayında onların münasibətdə olduğunu iddia etmişdi.
Ana de Armasın şəxsi həyatı uzun müddətdir diqqət mərkəzindədir. Aktrisa əvvəllər məşhur aktyor Ben Affleck ilə münasibət yaşamışdı. Cütlük 2019-cu ildə "Dərin Sular" filminin çəkiliş meydanında tanış olmuşdu. Pandemiya dövründə hər addımı paparassilər tərəfindən izlənən bu münasibət 2020-ci ildə sona çatmışdı.
2021-ci ilin iyun ayında Ana Tinder şirkətinin rəhbərlərindən biri olan Paul Boukadakis ilə münasibətə başlamışdı. Onların dostları vasitəsilə tanış olduğu və qısa müddətdə bir-birlərinə bağlandıqları bildirilirdi. Cütlüyün ayrılıq tarixi barədə heç bir məlumat yoxdur. Onlar sonuncu dəfə 2023-cü ilin aprel ayında birgə görüntülənib.
Qeyd edək ki, əslən kubalı olan Ana de Armas 30 Aprel 1988-ci ildə anadan olub. O, ilk olaraq İspaniyada aktrisalıq karyerasına başladığı "El Internado" serialında tanınıb. Daha sonra Hollywood-a keçərək "Knives Out", "Blade Runner 2049" və "Blonde" kimi filmlərdə uğurlu çıxışlar edib.
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi qərarlar gündəmə gələ bilər
-
Sosial19 Oktyabr 23:48
“Bəlkə hiss edirlər ki, qızları gəlir...” - VİDEO
-
Sosial19 Oktyabr 23:24
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
-
Magazin119 Oktyabr 22:48
“Bunu özüm haqqında deyə bilmərəm” - VİDEO
-
Nida Xəbər 19 Oktyabr 22:24
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
-
Magazin119 Oktyabr 20:36
Emin atası və övladları ilə - FOTO
-
Art19 Oktyabr 20:00
Əməkdar artistin SON VƏZİYYƏTİ AÇIQLANDI
-
İKT19 Oktyabr 18:36
"WhatsApp"da BÖYÜK DƏYİŞİKLİK - Yeni qaydalar hazırlanır