Magazin2
Ərdoğan tənqid etdi, bu serialların yayımlandığı kanallar CƏZALANDIRILDI
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) bir neçə serial və kanalı cəzalandırıb.
Publika.az Sondakika.com-a istinadən xəbər verir ki, qurum “Arka Sokaklar” serialının azyaşlıların evləndirilməsi və təriqətdə qətlə yetirilməsi məsələsinin müzakirə edildiyi bölümünün milli-mənəvi və dini dəyərlərə zidd olduğu qənaətinə gəlib. Buna görə "Kanal D" serialın yayımını iki həftə dayandırmalıdır. Kanala həmçinin pul cəzası da verilib.
Şura şiddət səhnələrinə görə isə “Sahipsizler”in yayımlandığı STAR TV-yə, “Yabani” üçün NOW TV-yə və “Deha” üçün Show TV-yə 2 dəfə proqram dayandırma və pul cəzası verib.
Qeyd edək ki, ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serialları tənqid etmişdi.
“Cəmiyyəti məlumatlandırması lazım olan seriallar, əksinə, zorakılığın təşviqində, qanuniləşdirilməsində və vasitəçiliyində pis rol oynayır. Prodüserlər, ssenaristlər, media qurumları və RTÜK başda olmaqla, hamımız bunun qarşısını almaq məsuliyyəti daşıyırıq", - deyə Ərdoğan qeyd etmişdi.
Ləman
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
































.jpg)


