Magazin2
Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı - FOTO
Alban əsilli britaniyalı müğənni Dua Lipanın toy geyimindəki bir detal sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, pərəstişkarlar müğənninin "Schiaparelli" arxiv kolleksiyasından olan ağ kostyumunu müzakirə ediblər.
Paylaşılan kadrlarda pencəyin astarının kənardan göründüyü diqqəti çəkir. Sosial şəbəkə istifadəçiləri bununla bağlı müxtəlif şərhlər yazıblar:
"Kimsə bu astardan nəsə desin, çünki o olmasaydı hər şey ideal olardı, yoxsa hamınız bunu görməzdən gəlirsiniz?", "Kostyum xoşuma gəldi, amma astarın demək olar ki, hər şəkildə göründüyünü fərq etdim və artıq bunu görməməzliyə vura bilmirəm".
Bununla yanaşı, nəşrin redaktorları vurğulayıblar ki, "Schiaparelli" brendi alt paltarını üst geyim kimi istifadə etməsi ilə tanınır. Ekspertlər ehtimal edirlər ki, astarın görünməsi dizaynerin qəsdən etdiyi bir seçim ola bilər.
Qeyd edək ki, Dua Lipa gizli şəkildə aktyor Kallum Terner ilə ailə həyatı qurub. Cütlüyün nikahı Londonun Merilebon ratuşasında baş tutub. Məlumata görə, toy mərasimi İtaliyanın Baqeriya şəhərindəki XVII əsrə aid Valquarnera villasında keçiriləcək.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































