Magazin2
Şəxsi əşyaları hərracda fantastik qiymətə satıldı - FOTO
ABŞ-də keçirilən auksionda əfsanəvi aktrisa Merilin Monronun şəxsi əşyaları rekord qiymətə satılıb.
Publika.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Bildirilib ki, ulduza məxsus geyim, zinət əşyaları, məktub və məişət əşyalarının satışından ümumilikdə 2,5 milyon dollardan çox vəsait əldə olunub.
Hərracın ən bahalı lotu aktrisanın "Christian Dior" markalı kostyumu olub – bu geyim üçün 450 min dollar ödənilib. Yüksək qiymətə satılan digər əşyalar arasında dramaturq Artur Millerin aktrisaya yazdığı şəxsi məktub (62 min dollar) və Merilin Monronun telefon kitabçası (75 min dollar) xüsusi diqqət çəkib.
Bundan başqa, ticarət zamanı ulduzun "Faberge" saatı, qolbağı və boz rəngli kaşmir kardiqanı da yeni sahiblərini tapıb.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































