Magazin2
Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi - FOTO
Los-Anceles polisi "K-9: İt işi", "Cumanci" və "Top Qan: Maverik" filmlərindəki rolları ilə tanınan aktyor Ceyms Hendinin qətlini araşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Los-Ancelesin Tarzana rayonuna, "bir adamı öldürdüyünü" bildirən naməlum şəxsin zəngindən sonra hadisə yerinə gəliblər. Evin həyətində 81 yaşlı Hendini bıçaq yaraları ilə huşsuz vəziyyətdə tapan polislər onu xəstəxanaya çatdırıblar, lakin aktyor orada vəfat edib.
Hücumda şübhəli bilinən 44 yaşlı Maykl Qledhill polis tərəfindən axtarıldığını özü etiraf edib. Ona qətl ittihamı irəli sürülüb və iki milyon dollar girov müəyyən edilib.
Qeyd olunur ki, Qledhill aktyorun münasibətdə olduğu qadının oğludur.
Hüseyn İbadlı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
































