Magazin2
Belaruslu konsert verdi, İstanbulda türklərlə ruslar dalaşdı - VİDEO
Türkiyənin İstanbul şəhərində belaruslu ifaçı Maks Korjin konsertindən öncə rusdilli turistlərlə yerli sakinlər arasında gərginlik yaşanıb.
Publika.az “Baza” "Telegram" kanalına istinadən xəbər verir ki, minlərlə Rusiya və MDB ölkələrindən gələn fanat İstanbulun mərkəzində toplaşaraq fişənglər və pirotexniki vasitələrdən istifadə edib, ifaçının mahnılarını səsləndirərək küçələrdə şənlik edib.
Bu vəziyyət yerli əhali arasında narazılığa səbəb olub. Türkiyə vətəndaşları turistlərə “öz ölkənizə gedin” deyə etiraz ediblər. Məlumatlarda bildirilir ki, tərəflər arasında təkcə sözlü deyil, fiziki qarşıdurmalar da yaşanıb. Belə ki, bir şəxsin fişənglə bir qızın üzünü yandırdığı, həmçinin bir qrup insana şüşə ilə hədə-qorxu gəldiyi iddia olunur.
Qeyd olunur ki, İstanbulda bundan bir neçə gün əvvəl amerikalı reper Kanye Vestin konserti keçirilib, daha sonra isə ölkədə Qurban bayramı qeyd olunub. Yerli sakinlərin qısa müddətdə artan turist axını və kütləvi tədbirlərdən yorulduğu bildirilir.
Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































