Magazin2
Mustafa Balkan oğlunun ölümündən 24 gün sonra dünyasını dəyişdi - Foto
Türkiyəli tanınmış aktyor Alp Balkanın vəfatından sonra ailəsinə daha bir ağır itki üz verib.
Publika.az xəbər verir ki, aktyorun atası Mustafa Balkan oğlunun ölümündən cəmi 24 gün sonra dünyasını dəyişib.
Kədərli xəbəri “Film-San” Fondu yayıb. Fondun açıqlamasında bildirilib ki, may ayında Alp Balkanın vəfatının ardından bu dəfə atası Mustafa Balkan da həyatını itirib: “Aktyor dostumuz Alp Balkanı itirməyimizin üzərindən cəmi 24 gün keçib. Təəssüflə bildiririk ki, atası Mustafa əmini də itirdik. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.
Mustafa Balkan oğlunun dəfn mərasimində yaşadığı dərin kədərlə diqqət çəkmişdi. Əlil arabasında mərasimə qatılan ata Alp Balkanın tabutunun başından ayrılmamış, göz yaşları içində onu son mənzilə yola salmışdı.
Mustafa Balkanın dəfn mərasiminin Bakırköy Yenimahalle məscidində günorta namazından sonra keçiriləcəyi, daha sonra isə Böyükçəkməcə Yeni Qəbiristanlığında torpağa tapşırılacağı bildirilib.
Qeyd edək ki, Alp Balkan Türkiyədə uzun illər yayımlanan “Mahallenin muhtarları” serialında canlandırdığı “Əczaçı Bahadır” obrazı ilə tanınıb. O, həmçinin “Belalı baldız”, “Yusuf yüzlü” və “Davetsiz misafir” kimi layihələrdə rol alıb, musiqiçi kimi də fəaliyyət göstərib.(Qafqazinfo)



-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































