Magazin2
Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
Məşhur rus aktyoru Sergey Qarmaş mədə-bağırsaq problemləri, qanaxma şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Kanal mənbəsinə istinadə edib.
Mənbənin məlumatına görə, 67 yaşlı aktyor qarın nahiyəsində kəskin ağrılar və qəfil yaranan ümumi zəiflikdən şikayətlənib. O, cərrahiyyə şöbəsinə yerləşdirilib və həkimlər bir sıra müayinələr aparıblar. Məlumata görə, sənətçidə mədə qanaması təsdiqlənməyib. Amma Qarmaşa qastrit diaqnozu qoyulub.
Aktyor xəstəxanaya yerləşdirildikdən bir gün sonra evə buraxılıb. Həkimlər ona tətbiq olunmuş qaydalara ciddi şəkildə riayət etməyi tapşırıblar. "Çeburaşka" filminin baş rolunun ifaçısına gündə səkkiz dəfə az miqdarda qida qəbul etmək tövsiyə edilib və ona spirtli içki, qazlı içkilər içmək, ədviyyatlı, duzlu, qızardılmış yeməklər, şokolad və tortlar da daxil olmaqla şirniyyatlar qəbul etmək qadağan edilib.
Müəllif: Tural
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































