Magazin2
Nəsrinin serialına görə kanal cəzalandırıldı - FOTO
Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) ölkənin bir sıra tanınmış televiziya kanallarına və bir radio stansiyasına qarşı inzibati cərimə qərarı çıxarıb.
Publika.az xəbər verir ki, cəzalandırılan media qurumları arasında Sözcü TV, Halk TV, ATV, Show TV, Star TV, NOW TV, Kanal D və Kafa Radyo var. Qurumun tarixində ilk dəfə olaraq ATV kanalı da cərimə tətbiq edilən media subyektlərinin siyahısına salınıb.
Sözcü TV və Halk TV: Canlı yayımlarda səsləndirilən siyasi fikirlər və müxalifət liderlərinin bəyanatları zamanı "tərəfsizlik və doğruluq" prinsiplərinin pozulması əsas gətirilərək 1% həcmində inzibati cərimə kəsilib.
NOW TV, Kanal D, ATV, Show TV və Star TV: Bu kanallarda yayımlanan bəzi serial və proqramlarda ("Halef", "Daha 17", "Esra Erol'da" və s.) uşaq və gənclərin fiziki, zehni və mənəvi inkişafına zərər vura biləcək məzmunlara yol verildiyi bildirilib.
RTÜK-ün idarə heyətinin üzvü Tuncay Keser bu qərarların əleyhinə səs verdiyini açıqlayıb. O, siyasi müzakirələr və canlı yayım bəyanatlarına görə media qurumlarının cəzalandırılmasını kəskin tənqid edib:
"Siyasi partiya liderlərinin canlı yayımdakı fikirlərinə görə yayımçını cəzalandırmaq RTÜK-ün səlahiyyətində deyil. Medianın vəzifəsi siyasətçilərin dediklərini senzura etmək yox, ictimaiyyətə çatdırmaqdır. Bu addım mətbuat azaddlığına və düşüncə müxtəlifliyinə tamamilə ziddir".
Qeyd edək ki, "Daha 17" serialında azərbaycanlı aktrisa Nəsrin Cavadzadə rol alır. (OLAY)
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































