Magazin2
Məşhur aparıcıdan özündən 48 yaş kiçik sevgilisi ilə bağlı açıqlama: Evimə gəlib...
Türkiyənin tanınmış aktyoru və televiziya aparıcısı Mehmet Əli Ərbilin özündən 48 yaş kiçik Eylem Çeliklə eşq yaşadığı iddia olunur.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Eylem Çelik bu iddiaları rədd etsə də, Ərbil onların bir neçə dəfə görüşdüklərini açıqlayıb.
21 yaşlı Eylem Çelik mətbuatda yayılan eşq iddialarını təkzib edərək Mehmet Əli Ərbillə heç bir əlaqəsinin olmadığını bildirib. O, yayılan xəbərlərin yalan olduğunu vurğulayaraq, bu cür məlumatların davam edəcəyi təqdirdə hüquqi addım atacağını deyib.
Buna cavab olaraq Ərbil Çelikin açıqlamalarına etiraz edib. 69 yaşlı şoumen onların bir neçə dəfə görüşdüklərini, hətta Çelikin onun Sarıyerdəki evinə gəldiyini bildirib.
Ərbil iddia edib ki, gənc xanım məşhur olmaq və daha çox tanınmaq üçün ondan istifadə edib.
Müəllif: Roza
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"

































