Magazin2
"Baharın on yeddi anı"nın Klausu öldü - Foto
Məşhur sovet filmi olan "Baharın on yeddi anı"da rol almış aktyor Paul Butkeviç 85 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun yaxınları aif.ru-ya məlumat veriblər.
Qeyd edilib ki, aktyor son günlərini Latviyanın Yekabpils şəhərindəki xəstəxanada keçirib. Məlumata görə, Butkeviç bir neçə infarkt və insult keçiribmiş. O da qeyd edilib ki, sənətçi son illərdə ağır şəkildə xəstələnib və əlil arabasında hərəkət edirmiş.
Qeyd edək ki, Pavel Butkeviç 13 mart 1941-ci ildə Riqada anadan olub. O, Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin aktyorluq fakültəsini bitirib. Butkeviç 60-cı illərdə Riqa Kinostudiyasında aktyor kimi işləyib, daha sonra Latviya, Litva, Estoniya və "Mosfilm"dəki kinostudiyalarda da çalışıb. O, əfsanəvi "Baharın on yeddi anı" filmindəki Gestapo agenti olan Klaus rolu ilə şöhrət qazanıb. Sənətçi həmçinin "Güclü ruhda", "Müqəddəs Luka"nın qayıdışı", "Qırmızı kapella", "Vaterloo", "Qardemarinı, irəli!", "Vivat, qardemarin!" və digər filmlərdə də rol alıb. Ümumilikdə, onun filmoqrafiyasına 45-dən çox film daxildir.
Məllif: Tural
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































