Magazin2
Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
Hollivud ulduzu, keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsenegger uzun müddətdir münasibətdə olduğu sevgilisi, fizioterapevt Hizer Milliqan ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.
Publika.az xəbər verir ki, 78 yaşlı Şvartsenegger və 51 yaşlı Milliqan Vyanada keçirilən "Austrian World Summit" tədbirində iştirak ediblər. Cütlük tədbirdə “Schwarzenegger Climate Initiative” ekoloji təşəbbüsünə dəstək verərək diqqət çəkib.
Sammitdə həmçinin ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris, Avstriya prezidenti Aleksandr Van der Bellen və Avstriyanın kansleri Kristian Ştoker də iştirak edib.
Məlumata görə, Şvartsenegger və Milliqan ictimai tədbirlərdə nadir hallarda birlikdə görünürlər. Onların münasibəti 2012-ci ildə aktyorun çiyin əməliyyatından sonra reabilitasiya prosesi zamanı başlayıb. Həmin vaxt Milliqan onun fizioterapevti kimi çalışıb və tanışlıq sonradan şəxsi münasibətə çevrilib.
Qeyd edək ki, Şvartsenegger daha əvvəl jurnalist Mariya Şrayver ilə evli olub. Lakin qalmaqallı şəkildə ayrılıblar. Buna baxmayaraq, aktyor keçmiş həyat yoldaşı və övladları ilə münasibətlərini qoruyub saxlayır.
Hazırda Şvartsenegger və Milliqanın münasibəti Hollivudun ən stabil və mediadan uzaq əlaqələrindən biri kimi qiymətləndirilir.
Müəllif: Adəm
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
































