Magazin2
Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
Türkiyədə məşhur simalarla bağlı aparılan narkotik araşdırması çərçivəsində səkkiz nəfərin test nəticələrinin müsbət olduğu bildirilir.
Publika.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində götürülmüş nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik vasitələrə dair testlərinin müsbət nəticə verdiyi iddia olunur.
Məlumata görə, istintaq çərçivəsində məşhur simaların da olduğu 23 şübhəli barəsində prosessual tədbirlər görülüb. Bildirilib ki, sosial şəbəkələrdəki paylaşımlar, eləcə də texniki və fiziki müşahidə nəticəsində müxtəlif cinayət əməlləri ilə bağlı sübutlar əldə olunub.
Araşdırma zamanı şübhəlilərdən Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri götürülüb.
İstintaq tədbirləri davam etdirilir.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO



































