Magazin2
Əmrah bomba kimi qayıdır: ən bahalı aktyorları geridə qoydu
Deyəsən, Əmrah filmlərini milyonlarla insanın izlədiyi və seriallarının izlənmə rekordları qırdığı günlərin xiffətini çəkir. Əvvəlki populyarlığını qazanmaq niyyətində olan aktyor bu məqsədlə illər sonra yenidən ekranlara qayıtmağa qərar verib.
Publika.az xəbər verir ki, “Gold” film şirkətinin layihələşdirdiyi yeni bir serialda rol alan Əmrah rekord qiymətə müqavilə imzalayıb.
Serialda bir kənddə icra nümayəndəsi obrazını canlandıracaq aktyor seriya başına 120 min lirə qonorar alacaq.
Əmrah bununla da hazırda Türkiyənin ən bahalı aktyorları hesab edilən Kıvanç Tatlıtuğla Halit Ərgənci geridə qoyub.
Kıvanç seriallardan seriya başına 70 min, Halit isə 60 min qazanır.
Qeyd edək ki, tez-tez xəsisliyi ilə gündəmə gələn Əmrah yeni seriala başlaması şərəfinə bu dəfə kisənin ağzını açıb və həyat yoldaşı Sibel Ərdoğana “BMW 218i” model avtomobilini hədiyyə edib.
Qeyd edək ki, aktyor maşın üçün 120 min lirə ödəyib.
Ləman Sultan
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər