Avto
Afrika dünyanı ŞOKA SALDI: Günəş enerjisi ilə işləyən avtobus - FOTO
Afrikanın günəş enerjisi ilə işləyən ilk avtobusu təqdim olunub.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Kiira Motors"a məxsus Kayoola elektrik avtobusu Uqandanın paytaxtı Kampaladakı stadionda nümayiş etdirilib.
Akkumulyatorlardan biri avtobusun üzərindəki günəş paneli vasitəsilə yüklənə bilir və bu avtobusun sürətini artırır. Hazırda şirkət kütləvi istehsal üçün tərəfdaşlar cəlb etməyə çalışır.
"Kiira Motors"un icraçı direktoru Paul İsak Musasizi bildirib ki, insanlar Uqandanın prototip avtomobil istehsal edə bilməsi ideyasını maraqla qarşılayıblar. Direktor deyib ki, o ölkəsinin regionda avtomobil, mühərrik istehsalı sahəsində qabaqcıl olmasını istəyir. O həmçinin bu istehsalın işsizliyin sayını azaladacağına ümid edir və təxmin edir ki, 2018-ci ilədək 7 mindən çox insan Kayoola avtobusunun istehaslında iştirak edə bilər.
Lakin ilkin olaraq layihənin həyata keçməsi üçün beynəlxalq şirkətlərin avtobusu hissələrlə təmin etməsi lazımdır. 2039-cu ilədək isə şirkətin bütün hissələri istehsal edəcəyi və avtobusun Uqandada yığılacağı planlaşdırılır.
35 yerlik avtobus daha çox şəhərdaxili nəqliyyat üçün nəzərdə tutulub. Çünki uzaq məsafələrə hərəkət etməsi üçün enerji yetərli olmaya bilər.
Əgər kütləvi istehsal olunarsa hər bir avtobus 58,000 dollara başa gələcək.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















