Avto
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
İkinci əl avtomobil alarkən yürüş məsafəsi, boya və qəza tarixçəsi ilə yanaşı, əksər sürücülərin gözdən qaçırdığı təhlükəsizlik kəməri etiketləri də nəqliyyat vasitəsinin keçmişi barədə mühüm məlumatlar verə bilər.
Publika.az xəbər verir ki, təhlükəsizlik kəmərlərinin aşağı hissəsində yerləşən etiketlərdə istehsalçı məlumatları, detal nömrəsi və istehsal tarixi qeyd olunur. Zavodda quraşdırılan kəmərlər adətən avtomobilin istehsal tarixindən bir qədər əvvəl istehsal edilir (məsələn, 2020-ci il buraxılışlı avtomobildə 2019 və ya 2020-ci ilə aid kəmərlər olur). Əgər həmin avtomobildə 2023-cü ilə aid kəmər varsa, bu, detalın sonradan dəyişdirildiyini göstərir. Sürücü və sərnişin kəmərlərinin tarixlərini müqayisə etmək də faydalıdır.
Müasir avtomobillərdəki kəmər dartıcı sistemləri müəyyən şiddətdəki qəzalar zamanı işə düşərək sərnişini oturacağa sıxır. İstehsalçı təlimatlarına əsasən, qəzada işə düşən bu sistemlər və kəmər detalları yenisi ilə əvəz olunmalıdır. Buna görə də kəmərin avtomobildən daha yeni tarixli olması diqqət yetirilməli məqamdır.
Kəməri tam dartıb çıxararaq parçasında aşınma, kəsik və ya tikiş izlərinin olub-olmadığını yoxlamaq da vacibdir. Tarix fərqi təkbaşına qəzanı sübut etməsə də, ətraflı texniki baxış (ekspertiza) zamanı mütləq nəzərə alınmalıdır. (Milli.az)
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov








.jpg)




.jpg)





.jpg)
















