Avto
Qış təkəri ilə edilən sadə səhv yanacaq sərfiyyatını azaldır
Qışda yanacaq sərfiyyatını azaltmaq və təhlükəsiz sürmək üçün təkər təzyiqi neçə olmalıdır?
Publika.az xəbər verir ki, soyuq havalarda təkər təzyiqinin düşməsi həm mühərriki gücə salaraq yanacaq sərfiyyatını artırır, həm də əyləc məsafəsini uzadır. Mütəxəssislər qış təkərlərindən istifadə edən sürücülərə təzyiqi istehsalçı dəyərindən 0,1 - 0,2 bar yüksək saxlamağı tövsiyə edirlər.
Aşağı və həddindən artıq təzyiqin zərərləri:
Aşağı təzyiq: Hava azaldıqda təkər daha geniş səthlə yola təmas edir, sürtünmə artır və mühərrik daha çox yanacaq sərf edir. Təzyiqin ideal göstəricidən cəmi 0,5 bar aşağı olması döngələrdə tarazlığı pozur və qarlı-buzlu yollarda əyləc məsafəsini uzadır.
Həddindən artıq təzyiq: Yanacağa qənaət məqsədilə təkəri normadan çox doldurmaq yola tutunma qabiliyyətini zəiflədir, sürüşkən yollarda əyləc məsafəsini artırır və təkərin orta hissəsinin tez yeyilməsinə səbəb olur.
Qışda təzyiq tənzimləmə qaydaları:
Təkərin təzyiqi avtomobilin qapı içliyində və ya yanacaq çəninin qapağında qeyd olunan standart dəyərdən 0,1-0,2 bar artıq tənzimlənməlidir.
"Continental" şirkətinin məlumatına görə, havanın temperaturunun hər 10 dərəcə enməsi təkər təzyiqini orta hesabla 0,1 bar (0,07-0,14 bar) azaldır.
Soyuq havalarda təzyiq ən azı iki həftədən bir yoxlanılmalıdır. (Milli.Az)
-
Avto01:41Qış təkəri ilə edilən sadə səhv yanacaq sərfiyyatını azaldır
-
Qoroskop00:15Günün ulduz falı - Həddindən artıq tələbkar olmaq gərginlik yarada bilər
-
Sosial29 Noyabr 23:48Bakıda qadın və uşaqlara qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı
-
Sosial29 Noyabr 22:48“34 mini həyətində alıb qəbzi vermədi, yazışmalar var” - “Səbail”in prezidenti
-
İdman29 Noyabr 21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin229 Noyabr 19:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art29 Noyabr 18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə29 Noyabr 18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı









.jpg)


























