Avto
“Rolls-Royce”un “off-roader” modelinin İLK FOTOLARI
Ötən ilin fevral ayında “Rolls-Royce Motor Cars” şirkəti “Cullinan” layihəsinin həyata keçirilməsi barədə əlaqədar tərəfləri mütəmadi şəkildə məlumatlandırmağı öhdəliyini üzərinə götürdürdüyünü elan etmişdi.
İldə iki dəfə brend layihənin yenilikləri barədə məlumatlar paylaşırdı və hazırda “Rolls-Royce” yüksək keçmə qabiliyyətinə malik tam ötürücü sistemli avtomobilin hazırlanmasında növbəti dövrün təməlini qoyan prototipin ilk şəkillərini dərc edib. Şirkət artıq yeni modelin ictimai sinaqlarına start verib.
Dünyada zərif əşyaların aparıcı istehsalçısı “Cullinan” layihəsinin irəliləməsi barədə ictimayyəti mütəmadi olaraq məlumatlandırıb. Yeni tam ötürücü sistemin ilk mühəndis prototipi və 2018-ci ildən etibarən brendin bütün modellərinin əsasını təşkil edəcək yeni alüminium arxitekturu ictimaiyyətə təqdim olunub.
İndi isə avtomobilin prototipi dünyanın fərqli ölkələrinə səyahət edəcək və yeni model dünyanın hər nöqtəsində əfsanəvi axarlığın zəmanəti olduğunu təsdiqləyəcək çətin sınaq proqramından keçəcək. Məsələn, Milad bayramından dərhal sonra prototip Qütb dairəsinə yollanacaq ki, burada yeni model dözümlülük testindən keçəcək və eyni zamanda, mufta soyuq hava şəraitində yoxlanacaq. Bir qədər sonra 2017-ci ildə model Yaxın Şərqə üz tutacaq və ən yüksək hava temperaturu və səhranın digər çətin şəraitlərində sınaqlarından keçəcək.
“Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Ötvös qeyd edib: “Bu, həm “Rolls-Royce”, həm də dünyanın hər yerinini dəb ekspertləri üçün “Cullinan” layihəsinin irəlliləməsində inanılmaz həyəcanlandırıcı məqamdır. İlk dəfə olaraq tam ötürücü sistemi yeni “dəb arxitekturu” ilə birləşdirdik. Bu, həqiqətən mötəbər “Rolls-Royce” modelini yaratmağa yol açır. Əvvəlki modellər kimi o, yeni etalona çevriləcək və onun köməyi ilə başqa dəb əşyaları qiymətləndiriləcək”. (Trend)
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















