Avto
Maşınınız varsa, bunu mütləq oxuyun – Qənaət rejimi
Qənaət məsələsində maşın sahiblərini də unutmamaq lazımdır. Belə ki, benzinə qənaət etməyin yolları da var və bu, ekspertlər tərəfindən müəyyənləşdirilib. Araşdırmalara görə, sürücülər bəzi tövsiyələrə əməl etdikdə yanacaq sərfinə 40 faiz qənaət edə bilərlər.
Bəzi sürücülər avtomobilin yanacaq sərfinin yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə yanacağa 40 faizədək qənaət edərlər.
Yanacaq sərfi avtomobil tıxacda olduğu zaman artır. Ancaq sürücülər belə vəziyyətdə də qənaət edə bilərlər. Bunun üçün qarşıdakı avtomobillə ara məsafəsini elə saxlamaq lazımdır ki, tez-tez əyləci sıxmağa ehtiyac qalmasın. Sürəti tədricən azaltmaq və tədricən artırmaq lazımdır.
Yanacağa qənaət etməyin digər bir yolu avtomobilin hava süzgəclərini təmiz saxlamaqdır.
Kondisionerdən istifadə də maşının yanacaq sərfinə təsir göstərir. Kondisioner işlətmək yanacaq sərfini şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.
Qış fəslində kondisioner əvəzinə "peç"i qoşun. "Peç" benzin aparmır və mühərrikin qızması hesabına işləyir. Ona görə də fikir verin ki, A/C-nın göstəricisi qoşulu olmasın. Bəzi avtomobillərdə A/C qızdırıcını işə salanda avtomatik qoşulur. Onu söndürsəniz, "peç"ə keçmiş sayılır. (avtosfer.az)
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















