Avto
Azərbaycanın nəhəng təyyarəsi belə hazırlandı - - VİDEO
"Silk Way West Airlines" aviaşirkəti Boeing 747-8F tipli yük təyyarəsinin istehsal prosesindən olan görüntüləri yayıb.
ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində yerləşən "Boeing Commerical Airplane"s mülki təyyarələrin istehsalı üzrə ən böyük müəssisələrdən biridir.
"Silk Way Airlines" Azərbaycanda fəaliyyət göstərən aviaşirkətdir. Mərkəzi qərargahı Bakı şəhərində yerləşir. "Silk Way" Aviaşirkəti 9 oktyabr 2001-ci ildə Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb. Bu şirkət Azərbaycanda əsas aviadaşiyıcılardandır və Azərbaycan Respublikası tərəfindən təsdiq olunub.
"Silk Way" Aviaşirkəti öz təyyarə parkının daim yeniləşdirilməsi istiqamətində mühüm işlər görür. 2002-ci ilin sonunda "Silk Way" Aviaşirkəti Əfqanıstana humanitar yüklərin daşınması ilə əlaqədar illik (NATO, İSAF və Almaniya Müdafiə Nazirliyi) tenderin qalibi olub. "Silk Way” həmçinin Kanada Milli Müdafiə Nazirliyi və Fransa Ordusu ilə uzun müddətli proqramlar çərçivəsində əməkdaşlıq edir. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin daşınmasında geniş imkanlara və təcrübəyə malikdir.
İstehsal prosesinin maraqlı video görüntülərini izləməyi təklif edirik.
(BAKU.WS )
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?














.jpg)









.jpg)















