Avto
Avtomobilinizin boyasını bu üsulla cızılmadan qoruya bilərsiniz - - VİDEO
Bəzən görürsən ki, adi bir daş və ya dəmir parçası avtomobilə dəyəndə onun boyasına ciddi ziyan vurur. Ancaq indi sizə təqdim edəcəyimiz kadrlarda bunun tam əksini görəcəksiniz. Maşının üzərinə vurulan adi bir şəffaf üzlük avtomobili cızılmadan qoruyur. Hətta yüngül qəzalar zamanı avtomobilin dəmir hissəsi əyilsə də, bu üzlüklər onun boyasını tam qoruyur.
Publika.az xezerxeber.az-a istinadən bildirir
ki, avtomobilin kapot hissəsi kəsici alət vasitəsilə qaşınır. Çox
keçmir ki, maşının bu hissəsi cızıq-cızıq olur. Daha sonra aydın
olur ki, əslində cızılan avtomobilin rəngi yox, ona vurulan
üzlükdür.
Avtomobillərə vurulan bu şəffaf üzlüklər boyanı cızılmalardan
qoruyur. Uzun müddətdir bu işlə məşğul olan Elşad Hacıəliyev deyir
ki, həmin üzlüklər əsasən Avropada istehsal olunur və onların
avtomobillərə çəkilməsi sizi əlavə xərclərdən qoruyur.
Həm parıltılı, həm də parıltısız olmaqla 2 variantda təqdim olunan
bu plyonkalar avtomobilə vurulan zaman heç bir detal sökülmür.
Üstəlik, həmin üzlüklər sökülən zaman avtomobilin boyası da heç bir
zərər görmür.
Üzlüklərin qiymətlərinə gəldikdə isə, tətbiq ediləcəyi sahənin
böyüklüyündən asılı olaraq 500-1500 manat arasında dəyişir.


-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü



































.jpg)



