Avto
64 yaşlı maşın 70 minə satılır - - FOTO/VİDEO
Qusarda 64 yaşlı “ZİM” 70 min AZN satışa
çıxarılıb.
Publika.az xəbər verir ki, Qusarda satışa
çıxarılan “QAZ-12” markalı avtomobilin nə az nə çox düz 64 yaşı
var.
Avtomobil sahibi Gülmət Şahbazovdan cəmi1 yaş kiçikdir. 70 min
manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu
29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər
istifadə olunmayıb. Avtomobil 1 il ərzində sahibi tərəfindən saz
vəziyyətə gətirilib.
Gülmət Şahbazov - Avtomobilin sahibi: "Atam
xoşlayırdı. Ona görə atama almışdım. Atam rəhmətə gedəndən sonra
dedim qoy belə qalmasın, düzəltdim".
Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişiklik
edib. O motor, oturacaqlar və təkərləri dəyişdirib. “QAZ-12”-nin
əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi
qalmaqdadır. 2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6
metrdir. “QAZ-24” motoru ilə təchiz olunan maşın 95 at gücünə
malikdir. Buraxılışının ilk illərində "QAZ-12" yüksək vəzifəli
məmurların xidməti maşını olub.
Retro maşınlara rəğbət bəsləyən Gülmət Şahbazov “QAZ-12”ni
satdıqdan sonra digər qədim avtomobilinə ikinci nəfəs vermək
niyyətindədir. O, 1948-ci ildə buraxılan “Pobeda”sını da təmir
edərək sükanı arxasına əyləşmək istəyir. (ARB Şimal)
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO






































