Avto
Dubay polisinin avtomobilləri rekord qırdı - - FOTO
Dubay polisi dünya ölkələri içərisində öz imicini yüksəltmək üçün 2013-cü ildən etibarən ən son model avtomobillərlə təchiz edilib.
Publika.az xəbər verir ki, Dubayın polis təşkilatlarına aid super avtomobillərin içərisində ən önəmlisi "Bugatti Veyron" hesab olunur. Bu avtomobil dünyanın ən sürətli polis maşını olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
1000 at gücünə malik mühərrik 16 silindrlidir. 0-dan 100km/saat sürətə 2.5 saniyəyə çatır. Maksimal sürəti - 404 km/saatdır.
Daha əvvəlki rekord isə İtalya polisinə aid olan "Lamborghini Gallardo LP560-4" avtomobilinə məxsus olub. Avtomobilin maksimal sürəti 370 km\saatdır.
"Lamborgini Aventador" və "Ferrari FF" markalı avtomobillərin yer aldıqları sırada ikinci ən önəmli avtomobil maksimal sürəti 354 km\saat olan Aston Martindir. 0-dan 100 km\saat sürətə 3.7 saniyəyə çatır.
"Lamborgini Aventador"un maksimal sürəti isə 349 km/saatdır.
"Ferrari FF" isə Dubay polisindəki dördüncü ən sürətli avtomobildir. Maksimal sürəti 334 km/saatdır. 0-dan 100 km\saat sürətə isə 3.7 saniyəyə çatır.
"Bentley Continental GT" maksimal sürəti 331 km/saatla beşinci, maksimal sürəti 329 km\saat, 0-dan 100km\saat sürətə 3.2 saniyəyə çatan "Audi R8" isə altıncı yerdədir. 300 min dollar dəyərində olan "Mersedes-bents Brabus G 700" avtomobilinin mühərriki isə 563 at gücündədir.
Könül Cəfərli
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














