Avto
Bu avtomobillərin işlənmişi digər maşınların təzəsindən DAHA YAXŞIDIR - FOTO
Bəzi maşınların işlənmişinə digər markaların təzələrindən daha çox tələbat olur. Adətən Azərbaycanda və digər qonşu ölkələrdə orta gəlirli insanlar “Mercedes” avtomobilinin markalarına üstünlük verirlər. Amma cibə bir balaca əziyyət verməklə daha baha olan, lakin uzun illər dostunuza çevriləcək maşınlar almaq mümkündür.
Publika.az xəbər verir ki, avtoekspertlər təzələrdən daha yaxşı olan 3 işlənmiş maşının siyahısını tutublar.

Bunlardan ilk yerdə Jaguar F-Type Convertible avtomobilidir. Altı silindrli, iki yerli rodster bir çox funksiyalara və rahat örtük tavanına malikdir. İşlənmişini təqribən 80 min manata almaq olar.

İkincilik Skoda Superb Estate maşınının payına düşüb. Təxminən 28 min manata almaq mümkündür. Bu maşının salonu rahat, özü çoxfunksiyalıdır. Mühərriki daha dözümlüdür.

TOP-3-ün sonuncu siyahısında olan Toyota RAV4 (54-55 min manat) 2 litrlik aqreqatı, tam ötürücülük qabiliyyəti və etibarlı “gövdə”si ilə diqqət çəkir.
Şəfiqə ŞƏFA
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














