Avto
"Apple" avtomobil istehsal edəcək - FOTOLAR
ABŞ-ın texnologiya nəhəngi "Apple"ın icraçı direktoru Tim Kuk firmanın yeni nəsil avtomobillər istehsal edəcəyi barədə açıqlama verib.
Publika.az xəbər verir ki, Tim Kuk firmanın sürücüsüz nəqliyyat vasitələri sahəsində yeni layihələr üzərində işlədiyini bildirib. Sözügedən texnologiyanın "Apple" üçün əsas olduğunu vurğulayıb: "Biz diqqəti avtomatik sistem texnologiyasına yönəldirik. Bu texnologiya bütün süni zəka layihələrinin təməlidir. Hazırda üzərində işlədiyimiz layihə süni zəka layihələri içərisində ən çətinidir deyə bilərəm".
"Apple"ın 2014-cü ildən başladığı "Titan Layihəsi" (Project Titan) adlanan sürücüsüz avtomobil texnikası proqramı üzərində hazırda 1000 nəfərə yaxın mühəndis çalışır.
Aprel ayında ABŞ-ın Kaliforniya ştatında "sürücüsüz avtomobil texnologiyası" üçün sınaqlara icazə alan "Apple" bu sahədə "Volkswagen", "Mersedes-benz", "BMW", "General Motors", "Ford", "Nissan" və "Honda" kimi dünya avtomobil nəhəngləri, eləcə də "Google", "Tesla", "Uber" kimi texnologiya şirkətləri ilə rəqabətə girəcək.
Mütəxəssislər, sürücüsüz avtomobil texnologiyası sektorunda artan rəqabəti diqqətə alaraq "Apple"ın bu sahədə ciddi çətinik çəkə biləcəyini bildirib.
ABŞ-ın beynəlxalq informasiya, təhlil və məsləhət şirkətinin keçən ilki hesabatında, 2035-ci ilə qədər 76 milyon sürücüsüz avtomobilin dünyada istifadəyə veriləcəyi qeyd olunub. Bundan əlavə, yeni nəsil avtomobilər üçün yollarda yeni normativ və qanunlara ehtiyac olduğu vurğulanıb.
Könül Cəfərli
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək


















.jpg)








.jpg)










