Avto
Lenindən Qorbaçova qədər... - Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ - FOTOLAR
SSRİ rəhbərləri biri-birindən fərqli avtomobillərlə gəzib.
Publika.az SSRİ rəhbərlərinin gəzdiyi avtomobilləri xronoloji ardıcıllaqla oxuculara təqdim edir. Onların hərəsinin özünəməxsus seçimi var idi.
Turcat-Mery - şəkildə təsvir olunan bu avtomobilin buraxılış ili Lenin dövründən daha erkən hesab olunur.

L.M.Şuqurovun versiyasına görə, Fanni Kaplanın atəş açmasından yaralanan Lenini Renault 40 CV avtomobilində gətiriblər. Renault yalnız bu iş üzrə istintaq zamanı istifadə olunurdu.

Delaunay-Belleville imperator II Nikolayın əsas avtomobili idi, amma Vladimir Lenini də təxminən bir həftə gəzdirə bilən bu avtomobil silahlı basqının qurbanı olur. Peterburq ustaları fransız sənətkarlarının düzəltdiyi kuzovu təmir-bərpa edə bilmədilər.
Yay fəslinin “Rolls-Royce”u bərpadan sonra – Ümumiyyətlə, Lenin avtomobillər məsələsində sadə idi: Nə təqdim edirdilərsə ondan da istifadə edirdi.

Stalinin sevimlisi. Ruzveltin hədiyyə etdiyi 12 silindirli Packard Six Twin avtomobilində Stalin 20 ildən artıq – ölənə qədər istifadə etdi.

Geniş yayılmış fikirə görə, Stalin ZİS-115 zirehli maşınından da istifadə edirdi. Bu avtomobildən həm də digər sovet rəhbərləri yararlanırdı. Moskva zavodunda cəmi 32 belə maşın yığılmışdı.

Cadillac Fleetwood Xruşşovun çox xoşuna gəldi, lakin siyasətçi onun dayanıqsız, etibarsız olduğunu düşünərək, adi komission mağazasında satışa çıxardı.

Brejnev avtomibillərin kəskin həvəskarı kimi tanınır. Məhz Buick 90 Limited avtomobili onu bu virusa yoluxdurmuşdu. Yeri gəlmişkən, avtomobilin adındakı “Limited” sözü məhdud seriyalı olması anlamını verir.

O dövr planetin ən mükəmməl avtomobili sayılan “Mercedes”dən də Brejnev imtina edə bilməzdi. Roma Papası da daxil olmaqla bu avtomobilə həsrət qalan onlarla nüfuzlu şəxs var idi.

Brejnevin hakimiyyəti dövründə ZİL-114 üç dəfə dəyişdirildi: Fotoda solda 1967-ci il versiyası, yuxarıda, sağda 1971-ci il, aşağıda, sağda isə 1978-ci buraxılışı, hansı ki artıq yeni indeks almışdı – 4104.

Qorki zavodunda 5 ədəd “Volqa” – QAZ 24-95 yığıldı. Amma Leonid İliç Brejnev şəxsi təsərrüfat üçün yalnız bir belə maşın idarə edib.

ЗИЛ-41047 Qorbaçov və Yeltsinə qulluq edirdi. 2002-ci ilədək təxminən 150 avtomobil hazırlanıb, bundan sonra yaknız sifarişlər əsasında tək-tək düzəldilirdi.

Zaur H.
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub






































