Avto
Sükansız avtomobil təqdim olundu - FOTO
Frankfurtda keçirilən Beynəlxalq avtomobil şousunda Audi şirkəti özünün yeni "Audi Aicon" modelini təqdim edib.
Publika.az xəbər verir ki, "Audi Aicon" modelini şirkətin istehsal etdiyi digər avtomobillərdən fərqləndirən əsas cəhəti avtomobildə sükan və pedalın olmamasıdır.
"Audi Aicon" tamamilə sərbəst idarə olunan avtomobil olaraq təqdim edilib. 4 qapılı nəqliyyat vasitəsi elektrik enerjisi ilə işləyəcək və tam dolmuş enerji ilə 700-800 kilometrə qədər məsafəni qət edə biləcək.
Avtomobilin zahiri görünüşünə və salonuna xüsusi diqqət yetirilib. Ön şüşənin diametri artırılıb. Yan pəncərələr isə aşağı-yuxarı deyil, sol və sağ istiqamətə hərəkət etdirilə bilir.
Güman edilir ki, batareyaların hesabına maşınların gediş ehtiyatını artırmaq olar. Sözügedən modelin ilk prototipinin 2017-ci ilin sonuna kimi hazırlanacağı qeyd olunub.
Könül Cəfərli
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






































